×

Xəbərlər

Xəbərlər 23 Apr 2025
ADNSU-da Ümumdünya Kitab və Müəlliflik Gününə həsr olunmuş tədbir keçirilib

Aprelin 23-də ADNSU-nun Azİİ e-Kitab Evində “23 aprel Ümumdünya Kitab və Müəlliflik Günü”, eləcə də “26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir əsasən kitabların təbliği, təşviqi, mütaliəyə olan marağın artırılması istiqamətində maarifləndirmə işlərinin aparılması, o cümlədən müəlliflik hüquqları, əqli mülkiyyət  və onun qorunması sahəsində yaranan problemlər, onların həlli yollarının müzakirəsinə həsr olunub.

Tədbirdə çıxış edən mütəxəssislər, tarixçilər, ədəbiyyatçılar, Azərbaycanın tarixinin, klassiklərimizin əsərlərinin mənfur düşmənlərimiz tərəfindən təhrif olunmasına, adət-ənənələrimizin, folklorumuzun, mədəni irs nümunələrimizin mənimsənilməsinə, qədim yaşayış məskənlərimizin və Azərbaycan toponimlərinin yer üzündən silmək və adlarını dəyişdirmələri cəhdlərinə və digər məsələlərə toxunublar.

Kitabxanada həmçinin, Ümumdünya Müəlliflik Hüququ və Əqli Mülkiyyət Gününə və Azİİ e-Kitab Evinin fəaliyyət istiqamətinə həsr olunmuş virtual sərgiyə baxış keçirilib.Sərgidə 100-ə yaxın adda kitab nümayiş olunub.


Paylaş