×

Xəbərlər

Xəbərlər 25 Apr 2025
Azİİ e-Kitab Evi oxucular üçün “EBSCO AI Insights” sistemindən istifadə imkanı yaradıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) üzvü olaraq, EBSCO məlumat bazası və “EBSCO Discovery Service” platformasından istifadə hüququ əldə edib. Bu tərəfdaşlıq nəticəsində universitetin tədqiqatçıları və oxucuları “EBSCO AI Insights” (EBSCO-da Süni İntellekt) sistemindən istifadə edə bilərlər.

EBSCO-nun süni intellektə əsaslanan alətləri kitabxana xidmətlərini müasirləşdirməyi, tədqiqat prosesini daha səmərəli etməyi və məqalələrin nəzərdən keçirilməsinə sərf olunan vaxtı azaltmağı hədəfləyir. İstifadəçilər bu sistem vasitəsilə süni intellektin imkanları, eləcə də müəllif hüquqları ilə süni intellektin qarşılıqlı əlaqəsi barədə ətraflı məlumat əldə edə bilərlər.

“EBSCO AI Insights” sistemindən istifadə etmək istəyənlər Azİİ e-Kitab Evinin rəsmi internet səhifəsində “E-beynəlxalq resurslar” bölməsində müvafiq keçidə daxil olaraq həmçinin, aşağıdakı link vasitəsilə platformaya keçid edə bilərlər:

https://www.ebsco.com/artificial-intelligence


Paylaş