×

News

News 25 Apr 2025
ADNSU-da Beynəlxalq Elmi konfrans çərçivəsində görüş keçirilib

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “MacroFrontiers 2025” Beynəlxalq Elmi Konfransı çərçivəsində xarici qonaqların iştirakı ilə universitetin əməkdaşları  və doktorantlarla dəyirmi masa keçirilib.

Dəyirmi masada akademik mobillik tədqiqat və təhsil əlaqələri, elmi əməkdaşlıq və potensial elmi tədqqiat sahələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Malayziya Putra Universitetinin professoru Mohd Sapuan Salit və “Reading” Universitetinin professoru Vitaliy Xutoryanskiy təmsil etdikləri ali təhsil müəssisələri haqqında ətraflı məlumat verib və elmi tədqiqat işlərini iştirakçılarla bölüşüb. 

Görüşdə həmçinin, ADNSU-nun mövcud beynəlxalq şəbəkəyə inteqrasiyası imkanları, ingilis dilində birgə beynəlxalq modullar və kursların yaradılması ideyası, qısa müddətli proqramlarının inkişafı, ADNSU doktorantlarının tədqiqat işlərində dəstək göstərilməsi və birgə elmi tədqiqat işlərinin aparılması kimi məsələlər də müzakirə olunub.


Share