×

Xəbərlər

Xəbərlər 15 Feb 2024
ADNSU-da akademik heyət üçün LMS üzrə təlim keçirilib

15 fevral tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin professor-müəllim heyəti üçün Tədrisin İdarəetmə Sisteminin (LMS) istifadəsi üzrə təlim keçirilib. Təlim ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru, dosent Elviz İsmayılov tərəfindən aparılıb.

Sessiya zamanı iştirakçılar LMS platformasının funksional imkanları, o cümlədən dərslərin yaradılması, resursların idarə edilməsi, tələbələrin qiymətləndirilməsi və interaktiv təlim alətlərinin istifadəsi ilə tanış olublar. Təlim zamanı akademik heyətə rəqəmsal texnologiyaları öz tədris metodologiyalarına effektiv şəkildə daxil etməyə imkan verən praktiki tətbiqlər əyani olaraq göstətilmişdir.

Bu təşəbbüs ADNSU-nun ali təhsildə rəqəmsal transformasiyanı təşviq etmək, təlim təcrübəsinin keyfiyyətini artırmaq və akademik cəmiyyətinin rəqəmsal səriştələrini gücləndirmək üzrə davamlı səylərinin bir hissəsini təşkil edir.

Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzi universitetin gələcəyə hazır, innovativ təhsil mühitinin qurulması üzrə uzunmüddətli strategiyasını dəstəkləyərək ixtisaslaşdırılmış təlim proqramları təklif etməyə davam etməyi planlaşdırır.


Paylaş