Zəngilan rayonunun Ağalı kəndində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” mövzusunda “Bootcamp” təşkil olunub.
Tədbir çərçivəsində ölkə üzrə süni intellektin tədris olunduğu ali təhsil müəssisələrinin tələbələri, gənc tədqiqatçılar və iri özəl təsərrüfat sahiblərinin iştirakı ilə məlumat sessiyaları keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru, texnika üzrə fəlsəfə doktoru Elviz İsmayılov süni intellektin kənd təsərrüfatında tətbiqi sahəsindəki təcrübəsini sahibkarlar və tələbələrlə bölüşüb.
Bundan əlavə, Zəngilan rayonunda bağlarda tətbiq olunan intellektual idarəetmə sistemlərinin funksionallığı araşdırılıb və onların təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Qeyd edək ki, “Bootcamp” iştirakçıları və festivala qatılan sahibkarlar üçün Zəngilan rayonunda yerləşən bir sıra özəl təsərrüfatlara infoturlar da təşkil olunub.