×

Xəbərlər

Xəbərlər 02 May 2025
Almaniyanın Max Planck İnstitutunun doktorantı təcrübəsini tələbələrlə bölüşüb

Mayın 2-də Almaniyanın Max Planck İnstitutunda doktorantura təhsili alan həmyerlimiz Dilqəm Əhmədli ilə universitetdə görüş keçirilib. Görüşdə magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr iştirak ediblər.

Dilqəm Əhmədli “Kimya sahəsində tədqiqat imkanları və beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edərək əldə etdiyi zəngin elmi bilik və təcrübəsini tələbələrlə bölüşüb. Təqdimat zamanı o, xaricdə apardığı tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və elm sahəsindəki inkişaf perspektivləri barədə ətraflı məlumat verib. 

Görüş interaktiv şəkildə keçib və Dilqəm Əhmədli tələbələrin suallarını cavablandıraraq təqdimat mövzusu haqqında onlara daha ətraflı məlumat verib.


Paylaş