×

Xəbərlər

Xəbərlər 05 May 2025
Azİİ e-Kitab Evində “9 May – Qələbə Günü: 80 il” adlı kitab sərgisi keçirilir

Mayın 5-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş “9 May – Qələbə Günü: 80 il” adlı kitab sərgisi açılıb.

Sərgidə faşizm üzərində tarixi qələbədən, bu qələbənin qazanılmasında qəhrəmancasına iştirak edən Azərbaycan oğullarının şücaətindən, onların döyüş meydanında və arxa cəbhədə göstərdikləri fədakarlıq və xalqın həmrəyliyindən bəhs edən kitablar və dövri mətbuat nümunələri nümayiş olunur.

Ümumilikdə sərgidə Azərbaycan və digər dillərdə 50-dən çox nəşr təqdim edilir.


Paylaş