×

Xəbərlər

Xəbərlər 05 May 2025
ADNSU-da tələbələr üçün “Kibertəhlükəsizliyə giriş” mövzusunda seminar keçirilib

Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrin informasiya texnologiyaları sahəsində maarifləndirilməsi məqsədilə “Kibertəhlükəsizliyə giriş” mövzusunda seminar təşkil olunub.

Seminarda informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış mütəxəssislər çıxış edərək kibertəhlükəsizliyin müasir dövrdə artan əhəmiyyəti, bu sahədə mövcud risklər və onlara qarşı effektiv müdafiə üsulları barədə ətraflı məlumat veriblər. Spikerlər şəxsi məlumatların qorunması, təhlükəli veb resurslardan müdafiə, parol idarəetməsi və sosial mühəndislik hücumlarına qarşı tədbirlər kimi aktual mövzulara toxunublar.

Tədbir interaktiv formatda keçib, iştirakçılar təqdimatlardan sonra onları maraqlandıran suallarla çıxış ediblər. Spikerlər sualları cavablandıraraq tələbələrə praktiki tövsiyələr də veriblər.


Paylaş