Mayın 6-dan etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev nəşrlərdə” adlı kitab sərgisi təşkil edilib.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda göstərdiyi misilsiz xidmətlərə, ictimai-siyasi, sosial, iqtisadi, elmi və mədəni sahələrdəki çoxşaxəli fəaliyyətinə, zəngin və şərəfli həyat yoluna, xilaskarlıq missiyasına həsr olunmuş kitablar və digər nəşrlər nümayiş olunur.
Ümumilikdə 60-dan artıq nəşrin yer aldığı sərgi mayın 13-dək davam edəcək.