×

Xəbərlər

Xəbərlər 14 May 2025
ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "SDG Youth Community" təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə ADNSU tələbələri üçün Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib. 

40-dan çox tələbənin iştirak etdiyi görüşdə tələbələrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ekoloji dayanıqlılıq və ölkəmizdə bu sahədə görülən işlər haqqında məlumat verilib. 

Görüşün sonunda Dayanıqlı İnkişaf Məqsədləri üzrə təlimçi, BMT Azərbaycanın Gənclərin Məşvərət Şurasının üzvü Bəyimxanım Məmmədova tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, infosessiyanın məqsədi tələbələr arasında Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlılığı artırmaq, onları bu sahədə təşəbbüslərə qoşulmağa təşviq etmək və gənclərin dayanıqlı gələcəyin qurulmasında fəal iştirakını təmin etməkdir.


Paylaş