×

Xəbərlər

Xəbərlər 14 May 2025
ADNSU-da mühəndislik üzrə təhsil alan tələbələr üçün təlim keçiriləcək

Mayın 17-də saat 10:30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), 528-ci auditoriyasında Azərbaycan Mühəndislər Birliyinin təşəbbüsü, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Neft-mexanika fakültəsi THİK-in təşkilatçılığı ilə mühəndislik sahəsində təhsil alan tələbələr üçün sertifikatlı təlim keçiriləcək.  

“Statik avadanlıqların növləri, istismar tələbləri və təhlükəsizlik standartları” mövzusunda keçiriləcək təlimin spikeri - SOCAR Downstream şirkətinin Mühəndislik şöbəsində statik avadanlıqlar üzrə mühəndis Kazımlı Leyla olacaq. O, iştirakçılara mövzu ilə bağlı praktiki və nəzəri biliklər təqdim edəcək.

Bilik və bacarıqlarınızı artırmaq, sahə üzrə aktual bilgilər əldə etmək istəyirsinizsə, bu təlimi qaçırmayın!

Təlimdə iştirak edən hər bir tələbəyə sertifikat təqdim olunacaq.

Qeyd: Təlim yalnız ADNSU tələbələri üçün nəzərdə tutulub.

Yerlər məhdud saydadır – qeydiyyatdan keçməyə tələsin:

https://forms.gle/VVzywbENmUBwkEuQ8

Son qeydiyyat tarixi: 14 may, saat 21:00


Paylaş