Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan əcnəbi tələbələrlə görüş təşkil olunub.
Görüş zamanı universitetdə xarici tələbələr üçün yaradılan təhsil imkanları, onların dərs və sosial fəaliyyətlərə cəlb olunması, eləcə də digər dəstək mexanizmləri müzakirə olunub. Tələbələri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda ADNSU-da 25-ə yaxın ölkədən — Türkiyə, Qazaxıstan, Çin, Misir, Latviya, Rusiya, Gürcüstan və digər ölkələrdən əcnəbi tələbələr təhsil alır. Onlar universitetin hazırlıq kurslarında, bakalavr, magistratura və doktorantura pillələrində təhsillərini davam etdirirlər.