×

Xəbərlər

Xəbərlər 16 May 2025
ADNSU-da keçirilən “Brain Ring” çempionatında Kimya texnologiya fakültəsi qalib olub

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Maqnat” İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə  “Konstitusiya və Suverenlik” ilinə həsr olunmuş 19-cu Fakültələrarası “Brain Ring” intellektual yarışı keçirilib.

Yarışda ADNSU-nun 7 fakültəsinin, SABAH qruplarının, BA proqramlarının və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetindən ümumilikdə 18 komandadan ibarət tələbələr iştirak ediblər.

Gərgin və maraqlı keçən bilik yarışında Kimya texnologiya fakültəsi birinci yeri tutaraq qalib adını qazanıb. Qaz-neft-mədən fakültəsi ikinci, İnformasiya texnologiyaları və idarəetmə fakültəsi isə üçüncü yerə layiq görülüb.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qalib komandaları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda yarışın qaliblərinə kubok, medal və hədiyyələr təqdim olunub.


Paylaş