Mayın 19-dan Azİİ e- Kitab Evində Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, xalq şairi Rəsul Rzanın anadan olmasının 115 illiyinə həsr olunmuş kitab sərgisi təşkil olunub.
Sərgidə xalq şairi Rəsul Rzanın həyat və yaradıcılıq yolundan, gərgin ictimai fəaliyyətindən, keşməkeşli həyatından bəhs edən əsərləri, ədəbi tərcümələri, eləcə də görkəmli şair haqqında yazılmış nəşrlər geniş yer alıb.Şairin Böyük Vətən Müharibəsi dövründə hərbi müxbir kimi fəaliyyət göstərməsindən, respublikanın elmi-mədəni həyatında yaxından iştirakından bəhs edən 30-dan çox nəşrlər oxucuların istifadəsinə verilib.
Sərgi may ayının sonunadak davam edəcək.