Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsi Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya ediblər.
ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil edilən ekskursiya zamanı gənclər əvvəlcə Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılmış abidəsini ziyarət ediblər.
Daha sonra onlar “Şöhrət” muzeyində Dahi Lider Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.