×

Xəbərlər

Xəbərlər 20 May 2025
Gənclərimiz Dünya Robot Olimpiadasında ölkəmizi layiqincə təmsil edirlər

Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün Dünya Robot Olimpiadası (WRO) barədə maarifləndirici infosessiya təşkil olunub.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin məsləhətçisi Fərid Əhmədov çıxış edərək tələbələrə olimpiada haqqında ətraflı məlumat verib. O bildirib ki, Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə olimpiadanın Azərbaycan üzrə seçmə mərhələsi bu ilin 18–22 sentyabr tarixlərində keçiriləcək.

Daha sonra AREA-nın koordinatoru Fədayə Vəliyeva olimpiadanın builki final mərhələsinin 26-28 noyabr tarixlərində Sinqapurda baş tutacağını qeyd edib. O, ölkəmizdə keçiriləcək VIII Robot Olimpiadasına qeydiyyat prosesi, iştirak şərtləri və digər vacib məqamlarla bağlı iştirakçılara ətraflı məlumat verib. 

Qeyd edilib ki, Azərbaycan 2017-ci ildən Dünya Robot Olimpiadasının rəsmi üzvüdür. Bu müddət ərzində yeniyetmə və gənclərimiz yarışmanın yerli mərhələlərində uğurlar əldə edərək dünya səviyyəli finallarda da ölkəmizi layiqincə təmsil ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

 


Paylaş