Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib.
Bu münasibətlə təşkil olunan və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 14 tələbəsi də "Adlı təqaüd"ə layiq görülüb:
Abadov Arzu Kazım oğlu
Abdullayev Umudvar Araz oğlu
Kərimov Aqşin Yadulla oğlu
Məmmədova Zeynəb Kənan qızı
Kərimov Murad Qabil oğlu
Bayramlı Ayla Yusif qızı
Əhmədova Fidan Məmməd qızı
Şamxalova Leyla Pənah qızı
Qurbanov Rahul Samin Can qızı
Əlibəyli Leyla Rəsul qızı
Sultanlı Məhəmməd Nəsimi oğlu
Cavadov Umid Yaşar oğlu
Həsənəliyeva Gülay Naim qızı
Musayev Nuray Qafur qızı
Qeyd edək ki, bu təqaüd ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrə verilir.
ATİAHİ Respublika Komitəsinin "Adlı təqaüd" layihəsi 1995-ci ildən həyata keçirilir. Əvvəlki illərdə hər semestr üzrə 65 tələbəyə, 2024-2025-ci tədris ilinin birinci semestrinin yekunlarına əsasən 100, ikinci semestrinin nəticələrinə görə isə 308 tələbəyə "Adlı təqaüd" təqdim edilib. İndiyədək ümumilikdə 3179 tələbə bu təqaüdə layiq görülüb.