×

Xəbərlər

Xəbərlər 22 May 2025
Liderlik anlayışının təbliği gənclərin şəxsi və peşəkar inkişafına təkan verir

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatı (TGT) və AIESEC Azərbaycan təşkilatının birgə təşkilatçılığı ilə “Liderlik nədir? – Müasir baxış” mövzusunda təlim keçirilib.

Tədbirdə AIESEC Azərbaycanın Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə yerli komitəsinin sədri Murad Zakirli və “ITalk Academy”nin icraçı direktoru Gülnar Əliyeva çıxış edərək liderliyin müasir cəmiyyətdə rolu, effektiv komanda idarəçiliyi, strateji düşüncə, qərarvermə prosesləri və şəxsi inkişaf istiqamətləri barədə ətraflı təqdimatlarla çıxış ediblər. İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçılarla qrup müzakirələri aparılıb, sual-cavab sessiyaları və praktiki tapşırıqlar həyata keçirilib.

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd tələbələr arasında müasir liderlik anlayışının təbliği, onların şəxsi və peşəkar inkişafına təkan verəcək bilik və bacarıqların formalaşdırılması, eləcə də gənclərin təşəbbüskarlıq və sosial məsuliyyət hissinin gücləndirilməsi olub.


Paylaş