Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Karyera Mərkəzi və “YeniSən” platformasının birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə təlim proqramı uğurla yekunlaşıb.
2025-ci ilin 12 mart – 7 may tarixlərini əhatə edən proqram çərçivəsində tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləməyə yönəlmiş müxtəlif sessiyalar təşkil olunub. Təlimlərdə kommunikasiya bacarıqları, komanda işi və liderlik, uğurlu CV-nin hazırlanması, eləcə də peşəkar onlayn profilin qurulması mövzuları əhatə edilib.
Ümumilikdə 153 iştirakçı təlimlərə qatılaraq həm təlimçilərlə interaktiv müzakirələrdə iştirak edib, həm də təqdim olunan problemli situasiyalar üzərində işləməklə praktiki biliklərini tətbiq etmək imkanı qazanıblar. Proqram zamanı xüsusi aktivliyi ilə seçilən İqtisadiyyat və menecment fakültəsinin birinci kurs tələbəsi isə ixtisası üzrə fərqlənərək təlimçi komandasına cəlb olunub.
Təlimlərə ardıcıl və fəal şəkildə qatılan iştirakçılar proqramın sonunda sertifikatlarla təltif ediliblər.