×

Xəbərlər

Xəbərlər 23 May 2025
Lamiyə Xəlilova: "Effektiv özünütəqdimetmə bacarığı gənc qızların cəmiyyətə asan inteqrasiyası üçün vacib addımdır"

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçıları üçün təlim sessiyası keçirilib.

Təlim zamanı iştirakçılara “Effektiv özünütəqdimetmə bacarığı və onun sosial həyatda rolu”, “Ünsiyyətin əsas qaydaları və qeyri-verbal ünsiyyətin əhəmiyyəti”, “Sosial məsafə, empati və bədən dilinin önəmi” kimi mövzularda praktiki bilik və bacarıqlar aşılanıb.

Təlim çərçivəsində təşkil olunan oyun sessiyası vasitəsilə iştirakçılarla interaktiv şəkildə real situasiyalar müzakirə edilib və sosial bacarıqların gündəlik həyatda tətbiq imkanları ətraflı izah olunub. 

Qeyd edək ki, “The Training Hub Azerbaijan” platformasının təsisçisi və “Aztugem” layihəsinin rəhbəri Lamiyə Xəlilovanın təqdimatında “Gənc qızların cəmiyyətə asan inteqrasiyasına hazırlıq” mövzusunda baş tutan təlimin məqsədi gənc qızların sosial, şəxsi və peşəkar həyata uğurlu inteqrasiyasına dəstək olmaq, onların effektiv ünsiyyət və özünüifadə bacarıqlarını inkişaf etdirmək, həmçinin ictimai aktivliklərini artırmaq olub. 

 


Paylaş