×

Xəbərlər

Xəbərlər 23 May 2025
ADNSU tələbələri ekoloji debatda bilik və bacarıqlarını sınadılar

Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)    İqtisadiyyat və Menecment (İMF) fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının tələbələri arasında debat keçirilib. 

Debatda iştirak edən tələbələr “Optimist” və “Pessimist” adlı komandalar şəklində qlobal ətraf mühit idarəçiliyinin effektivliyi mövzusunda fikir mübadiləsi apararaq qlobal konvensiyalar, ekoloji siyasətlər və mövcud problemlərə dair öz arqumentlərini əsaslandırıblar.

Komandaların çıxışları münsiflər heyəti - Menecment kafedrasının dosenti Sədaqət İbrahimova və kafedranın müəllimi Rəşid Cəbrayılov tərəfindən elmi əsaslandırma, mövqeyin ardıcıllığı, tənqidi düşüncə və nitq bacarıqları üzrə qiymətləndirilib.

Münsiflərin yekun səsverməsinə əsasən “Pessimist” komandası qalib elan olunub.

Qeyd edək ki, debatın əsas məqsədi tələbələrdə analitik və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək, ekoloji çağırışlara müxtəlif yanaşmalar formalaşdırmaq və ekoloji maarifləndirməyə töhfə vermək olub.


Paylaş