Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin (İMF) II kurs tələbəsi Kərimli Nicat Vətən Müharibəsi şəhidləri Cəsarət Səfərov və Şahmar Səfərovun əziz xatirəsinə həsr olunmuş karate üzrə reytinq turnirində kişilər arasında -75 kq çəki dərəcəsində I yerə layiq görülüb.
Qeyd edək ki, 20–21 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, U21, böyüklər və parakarateçilər arasında reytinq xarakterli karate turniri keçirilib.
Xatırladaq ki, tələbəmiz 5 qat Azərbaycan çempionu, Şotokan növü üzrə 3 qat Dünya və 3 qat Avropa çempionu, həmçinin tələbələr arasında keçirilən Avropa oyunlarının gümüş mükafatçısıdır.