Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qazaxıstanın Almatı Menecment Universitetinin (AlmaU) magistrantları ilə görüş keçirilib.
ADNSU-da iki həftə təcrübə keçəcək tələblərlə görüşdə tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov onlara universitetlərarası əməkdaşlıq çərçivəsində mövcud təhsil imkanları haqqında danışıb. O, iki ali təhsil müəssisəsi arasında tərəfdaşlığın əhəmiyyətindən bəhs edərək bu imkanların tələbələrin bilik və bacarıqlarının inkişafına, mübadilə proqramlarının genişlənməsinə verdiyi töhfəni qeyd edib.
Görüş zamanı MBA və BA mübadilə proqramları, bu proqramların tələbələr üçün üstünlükləri, elmi-tədqiqat istiqamətində əməkdaşlıqdan bəhs edilib. Eləcə də Almatı Menecement Universitetindən gələn tələbələrin fikirləri dinlənilib, onların sualları cavablandırlıb.