Mayın 26-dan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 May -Müstəqillik Günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub. Sərgidə 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycanda dövlətçilik ənənələrinin bərqərar olunmasından bəhs edən nəşrlər, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı misilsiz xidmətlərindən, müstəqilliyin bərpa olunmasından, qorunmasından, eləcə də beynəlxalq siyasi arenada müstəsna nüfuza malik olan Azərbaycan Dövlətinin şanlı Zəfər tarixini əks etdirən 60-dən çox kitab və digər nəşrlər yer alıb.
Sərgi may ayının sonunadək davam edəcək.