×

Xəbərlər

Xəbərlər 29 May 2025
ADNSU-da əcnəbi tələbələrə ixtisas seçimində dəstək göstərilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Foundation proqramında təhsil alan əcnəbi tələbələrin gələcək ixtisas seçiminə dəstək məqsədilə tanışlıq seminarları keçirilib.

Seminarlar çərçivəsində tələbələr universitetin müxtəlif fakültələri, tədris olunan fənlər, müəllim heyəti və yuxarı kurs tələbələri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Onlar həmçinin, ixtisasların tələbləri və gələcək perspektivləri barədə məlumatlandırılıblar.

Qeyd edək ki, seminarların əsas məqsədi tələbələrin bakalavr pilləsinə keçid mərhələsində düzgün və məlumatlı seçim etmələrini təmin etməkdir.


Paylaş