×

Xəbərlər

Xəbərlər 31 May 2025
ADNSU-da kibertəhlükəsizlik sahəsində karyera imkanlarına həsr olunmuş görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) kibertəhlükəsizlik sahəsində uğurlu karyera imkanlarına həsr olunmuş görüş təşkil olunub. Tədbirdə bu sahədə peşəkar mütəxəssislərlə tələbələr bir araya gəlib.

Tələbələrin böyük maraq göstərdiyi görüşdə kibertəhlükəsizlik sahəsində mövcud trendlər, peşəkar inkişaf yolları, iş imkanları və tələb olunan bacarıqlar barədə ətraflı məlumat verilib.

Təlim iştirakçılarına bu istiqamətdə uğurlu karyera qurmaq üçün lazım olan texniki və nəzəri biliklər, həmçinin praktiki təcrübənin əhəmiyyəti izah olunub. Tədbirdə Kibertəhlükəsizlik Tədqiqat və İnkişaf Şöbəsinin müdiri İbrahim Əliyev və həmin şöbənin mütəxəssisi Nicat Dadaşov təqdimatla çıxış edərək kibertəhlükəsizliyin əhəmiyyəti, aktual təhlükə modelləri və müdafiə mexanizmləri barədə iştirakçıları məlumatlandırıblar.

Görüş zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb, həmçinin kibertəhlükəsizlik sahəsində təcrübə və karyera imkanları barədə geniş fikir mübadiləsi aparılıb.


Paylaş