×

Xəbərlər

Xəbərlər 03 Jun 2025
ADNSU tələbələri Beynəlxalq startap müsabiqəsində uğurla iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri “İnnovativ və Yaradıcı Həllərin Tapılması (FICS)” adlı beynəlxalq startap müsabiqəsinin ilk mərhələsində iştirak ediblər.

ADNSU-nun  Kimya Texnologiya Fakültəsinin (KTF) və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kimya mühəndisliyi fakültəsinin  tələbələrindən ibarət 2 komanda yarışda iştirak edib. 

Müsabiqənin ilk mərhələsində ADNSU-nun “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Həmidə Əzizbəylinin rəhbərliyi ilə iki komanda - "BioShell"  və "Carbionix"  startap müsabiqəsində universiteti təmsil ediblər. Startap layihələri pakistanlı alimlər tərəfindən maraqla qarşılanıb və müsabiqədə diqqət çəkib.

Qeyd edək ki, startap müsabiqəsi Azərbaycan Texniki Universiteti (AzTU) və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (National University of Sciences and Technology – NUST) birgə təşkilatçılığı ilə keçirilib. FICS Pakistan İslam Respublikasının 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir.  Müsabiqəyə təqdim olunan bütün layihələr Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) uyğun olub. 

 

 


Paylaş