×

Xəbərlər

Xəbərlər 03 Jun 2025
ADNSU tələbələri Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiadada uğur qazanıblar

Bakı Dövlət Universitetində Umummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika olimpiadasının final mərhələsi keçirilib. Olimpiada ölkəmizin ali təhsil müəssisələrinin tələbələri arasında müxtəlif fənlər üzrə təşkil olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Fizika fənni üzrə komandası final turunda uğurla çıxış edərək ötənilki nəticəsini daha da yaxşılaşdırıblar. Belə Tələbələrimizdən Əhmədov Vüsal və Ağabəyov Rövşən II yerə layiq görülüblər. Digər iştirakçımız Zalıyev Nihad isə həvəsləndirici mükafatla təltif olunub.


Paylaş