×

Xəbərlər

Xəbərlər 03 Jun 2025
ADNSU və Miskolç Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Macarıstanın Miskolç Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənəd iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Memoranduma əsasən, tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə tədris və elmi-tədqiqat layihələrinin aparılması, akademik heyətin qarşılıqlı ezamiyyəti və təlimlərinin təşkili, innovasiya və rəqəmsal texnologiyalar sahəsində birgə fəaliyyət kimi mühüm məsələlər nəzərdə tutulub.

Bu əməkdaşlıq hər iki universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addım hesab olunur.


Paylaş