×

Xəbərlər

Xəbərlər 05 Jun 2025
Qazaxıstanlı magistr tələbələr ADNSU-da elmi-tədqiqat təcrübəsini uğurla başa vurub

Qazaxıstanın Almatı Menecment Universitetinin (AlmaU) magistr tələbələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) iki həftəlik elmi-tədqiqat təcrübəsini uğurla başa vurub. 

26 may -7 iyun tarixlərində universitetlər arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən proqram müddətində qazaxıstanlı 14 nəfər magistr tələbə ixtisaslarına uyğun sahələr üzrə elmi-tədqiqat işlərinə cəlb olunub. Onlar niversitetin maddi-texniki bazası və tədris prosesi ilə yaxından tanış olublar.

Təcrübə proqramı müddətində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov tələbələrlə görüşüb və MBA ixtisası üzrə təhsil alan magistr tələbələrə “Əmək bazarının təkamülü və strukturu” mövzusunda seminar keçib.

Təcrübə müddətində elmi fəaliyyətlə yanaşı, qonaq tələbələr üçün universitetin tarixini və Azərbaycan mədəniyyətini tanıdan ekskursiyalar da təşkil olunub. Onlar ADNSU-nun Tarix Muzeyini ziyarət edib universitetin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat alıblar. Mineralogiya Muzeyində isə müxtəlif növ minerallarla tanış olub onların adları, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında geniş informasiya əldə ediblər. 

Qazaxıstanlı tələbələr ADNSU-dakı təcrübəni yüksək dəyərləndirərək əldə etdikləri biliklərin onların gələcək karyeralarında mühüm rol oynayacağına ümdivar olduqlarını bildiriblər. 

Sonda təcrübəni uğurla başa vudruqlarına görə tələblərə sertifikatlar verilib. 


Paylaş