×

Xəbərlər

Xəbərlər 05 Jun 2025
ADNSU ilə Əl-Məktum Ali Təhsil Kolleci arasında akademik və institusional sahələrdə əməkdaşlıq yaradılır

İyunun 5-də Birləşmiş Krallığın Şotlandiya vilayətinin Dandi şəhərində yerləşən Əl-Məktum Ali Təhsil Kollecinin prorektoru, professor Alaa Garad Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rəsmi səfərdə olub.

Səfər çərçivəsində qonaq universitetin fəaliyyəti ilə yaxından tanış olub və ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla görüş keçirilib. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Professor Alaa Garad universitetdə göstərilən səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək ADNSU-nun zəngin tarixi, yetişdirdiyi ixtisaslı mütəxəssislər və neft sənayesinin inkişafına verdiyi töhfələr barədə məlumatlı olduğunu qeyd edib.

Görüşün sonunda ADNSU ilə Əl-Məktum Ali Təhsil Kolleci arasında akademik və institusional sahələri əhatə edən Anlaşma memorandumu imzalanıb.


Paylaş