×

Xəbərlər

Xəbərlər 10 Jun 2025
ADNSU-da doktoranturaya sənəd qəbulu başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantura səviyyəsi üzrə sənəd qəbulu başa çatıb.

Belə ki, cari ildə doktoranturaya sənəd təqdim edən 290 iddiaçıdan 261 nəfərin imtahana buraxılması təsdiqlənib. Onlardan 185 nəfəri əyani, 76 nəfəri isə qiyabi təhsil formasını seçib. 29 nəfərin sənədləri isə ixtisas uyğunsuzluğu səbəbindən qəbul edilməyib.

Qeyd edək ki, imtahana qeydiyyatdan keçən iddiaçılardan 159 nəfəri ADNSU-nun, 102 nəfəri isə digər ali təhsil müəssisələrinin məzunlarıdır.


Paylaş