Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri “France Excellence 2025-2026” proqramının təqaüdləri əsasında magistratura təhsillərini Fransanın qabaqcıl universitetlərində alacaqlar.
Tələbələrimiz - Elmir Şəmşiyev təhsilini UFAZ-ın əsas tərəfdaşlarından biri, dünyanın qabaqcıl elmi-tədqiqat mərkəzlərindən olan Strasburq Universitetinin “Enerji keçidi üzrə yer elmləri” ixtisasında davam etdirəcək. Səbinə Babayeva əsasən sənaye sahələrinə yönəlmiş mühəndislik məktəbi olan “IFP School”da “Neft-qaz mühəndisliyi və layihələrin inkişafı” ixtisasında təhsil alacaq. Elgün Həsənov isə təhsil fəaliyyətinə ölkənin əsas mühəndislik və texniki tədqiqat müəssislərindən olan Paris Politexnik İnstitutunun “Data və süni intellekt” ixtisası üzrə davam edəcək.