×

Xəbərlər

Xəbərlər 13 Jun 2025
ADNSU-da “Milli qurtuluşdan suverenliyə gedən zəfər tarixi” mövzusunda dəyirmi masa keçirilib

İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Milli qurtuluşdan suverenliyə gedən zəfər tarixi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova 15 İyun – Milli Qurtuluş Gününün müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələ olduğunu vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin mürəkkəb siyasi və iqtisadi şəraitdə ölkənin gələcək inkişafının möhkəm təməli qoyulub. Müşavir həmçinin qeyd edib ki, Ümummilli Liderin təşəbbüsü ilə gənclərin xaricdə təhsil alması və sağlam, vətənpərvər nəslin formalaşması istiqamətində mühüm addımlar atılıb.

ADNSU THİK Kitab Klubunun sədri, tələbə Sənan Hüseynov çıxışında Ulu Öndərin həyata keçirdiyi gənclər siyasətindən bəhs edib. O, bu siyasətin bu gün də uğurla davam etdirildiyini və gənclərin intellektual, milli-mənəvi inkişafında həlledici rol oynadığını qeyd edib.

Tədbir çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Dəyirmi masada həmçinin, universitetin müəllimləri – Aygün Səfərova, Fariz Qafarov və İbrahim Məmmədov da çıxışlarında 15 iyun tarixinin ölkənin siyasi həyatında dönüş nöqtəsi olduğunu vurğulayıblar. Onlar Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində təhsil, elm, mədəniyyət və digər sahələrdə əldə edilən mühüm nailiyyətlərə diqqət çəkiblər.

Sonda fəal tələbə Adəm İlyaszadə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O qeyd edib ki, bu kimi tədbirlər gənclərdə tarixə və dövlətçiliyə bağlılığı gücləndirir, onların vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verir.


Paylaş