×

Xəbərlər

Xəbərlər 01 Jul 2025
ADNSU tələbələri Dünya Robot Çempionatının Azərbaycan qran-prisinin qalibi oldublar

Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə Dünya Robot Çempionatı Azərbaycan qran-prisi uğrunda yarışlar keçirilib.

Yarışda 8-30 yaş arası gənclər komanda şəklində iştirak edərək “WRC Botscombat”, “Innovation Contest”, “WRC Rc Craft”, “WRC Drone” və “WRC Robosoccer” kateqoriyaları üzrə mübarizə aparıblar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri 30 kq çəkidə, uzaqdan idarə olunan robot hazırlayaraq “WRC Botscombat” kateqoriyasında iştirak ediblər. Yarış zamanı tələbələrimizin onların robotu rəqib robotlarla döyüşüb. Tələbələrimiz əzmkarlıq göstərərək rəqib komandalara qalib gəlib və final mərhələsinə yüksəliblər.

Finalda ADNSU BA Proqramlarının “Mexatronika və robototexnika mühəndisliyi” və “Kompüter mühəndisliyi” ixtisasları üzrə II və III kurs tələbələrindən ibarət Thunderbot komandası – Paşa Rüstəmov (komanda kapitanı), Səxavət Yəhyayev, Elvin Mirzəzadə, Fərid Mirzəzadə və Energetika fakültəsinin tələbəsi Yusif Kərimli – hazırladıqları robotla qalib gələrək ölkə birincisi olublar.

Yarışda ikinci yeri isə ADNSU BA Proqramlarının IV kurs ZU-041 qrup tələbələri – Fərid Mürşüdlü, Ceryan Qazıyeva, Ruslan Qafarlı və eyni zamanda Mexanika kafedrasının müəllimi Mahmud İsmayılovun iştirak etdiyi Aziks komandası qazanıb.

Hər iki yer üzrə mükafatları yarışın fəxri qonağı, ADNSU MBA məzunu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov təqdim edib.


Paylaş