×

Xəbərlər

Xəbərlər 08 Jul 2025
Abituriyentlərə UFAZ-ın tədris imkanları barədə ətraflı məlumat verilib

İyulun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində təşkil edilən “Açıq qapı günü”ndə potensial tələbələrlə valideynlərin universitet rəhbərliyi və akademik heyəti bir araya gəlib. Görüşdə UFAZ-ın tədris imkanları barəsində ətraflı məlumat verilib.

Tədbir UFAZ-ın Baş katibi Martin Qodonun açılış nitqi ilə başlayıb. Universitet haqqında təqdimat zamanı buradakı təhsilin üstünlükləri, ixtisaslar və qəbul qaydaları haqqında detallı məlumat verilib. Bununla yanaşı, UFAZ-ın daxili imtahanında iştirak üçün qeydiyyat prosesi ilə bağlı izahlı təqdimat keçirilib.

Daha sonra UFAZ-da təhsil alan Nurlana Hümbətova və 2025-ci ilin məzunlarından olan Mehdi Eyvazov buradakı təhsil təcrübələrini auditoriya ilə bölüşüblər.

Tədbirin növbəti hissəsi sual-cavab sessiyasına həsr olunub. Tədris Departamentinin müdiri Səmra Şiriyeva və bakalavr ixtisasları üzrə koordinator Ruxsarə Yarmətova abituriyent və valideynlərin suallarını ətraflı cavablandırıblar.


Paylaş