×

Xəbərlər

Xəbərlər 09 Jul 2025
ADNSU tələbələri Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Çində təhsil alacaqlar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 5 məzunu Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2025/2026-cı tədris ilində Çin Xalq Respublikasında təhsil almaq hüququ qazanıb.

Məzunlarımız Çinin qabaqcıl üç ali təhsil müəssisəsində Kompüter elmləri və texnologiyası, həmçinin Beynəlxalq biznes ixtisasları üzrə magistratura səviyyəsində təhsil alacaqlar.

Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hər il onlarla ADNSU tələbəsi dünyanın müxtəlif ölkələrində yerləşən aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı qazanır.

Çində təhsil alacaq tələbələrimizin siyahısını təqdim edirik:

Ağayev Mübariz

Əliyev Amin

Əliyev Sərdar

Hacıyev Fərhad

Hüseynov Ayaz


Paylaş