×

Xəbərlər

Xəbərlər 09 Jul 2025
ADNSU-nun 28 məzunu Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstanda təhsil alacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 28 məzunu Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2025/2026-cı tədris ilində Macarıstanda təhsil almaq hüququ qazanıb.

Məzunlarımız Macarıstanın qabaqcıl ali təhsil müəssisələrində data elmləri, kompüter elmləri və texnologiyası, kimya mühəndisliyi, maliyyə, biznes informatikası və digər müasir ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alacaqlar.

HTP çərçivəsində ADNSU-nun 5 tələbəsi isə Çin Xalq Respublikasında təhsil alacaq.

Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hər il onlarla ADNSU tələbəsi dünyanın müxtəlif ölkələrində yerləşən aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı qazanır.

Macarıstanda təhsil alacaq tələbələrimizin siyahısını təqdim edirik:

 

1.Abasov Murad

2.Abbasov Arzuman

3.Abbaszadə Murad

4.Abbaszadə Zəhra

5.Abdullayev Bəxtiyar

6.Babayev İlkin

7.Bağırova Əsmər

8.Əliyeva İlqarə

9.Elxan Orxan

10.Əmiraslanov İsmayıl

11.Əmirov İbrahim

12.Əsgərov Şəhriyar

13.Əsgərova Şəbnəm

14.Həsənov Zakir

15.Hüseynova Sabina

16.Məmmədov Amir

17.Məmmədov Aydın

18.Məmmədzadə Zenfira 

19.Musayev Seyran

20.Nağıyev Nağı

21.Nəzərli Nuray

22.Qəmbərli İlkin

23.Quliyev İsa

24.Tağızadə Fəxriyyə

25.Şaxayev Sahib

26.Rzazadə Rəhim

27.Rüstəmov Hüseyn

28.Qurbanov Fərid

 


Paylaş