×

Xəbərlər

Xəbərlər 10 Jul 2025
ADNSU əməkdaşları sertifikatla təltif edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Cihaz mühəndisliyi” kafedrasının əməkdaşları ilə görüş keçirilib. Görüşdə kafedranın müxtəlif vaxtlarda təlimlərdə işçtirak etmiş əməkdaşları sertifikatlarla təltif edilib. Qeyd edək ki kafedranın 3 əməkdaşı - Səbinə Əliyeva, Şəfəq Səmədova, Ülkər Məmmədova  “Azərbaycan Layihə İdarəetmə Asosiasiyası”-nın təşkil etdiyi “Layihələrin idarə edilməsi” təlimində iştirak edib.  

Kafedranın daha 7 əməkdaşı - Maya Kərimova, Ülkər Məmmədova, Leyla Əhmədova, Şəfəq Səmədova, Zümrüd Murtazaliyeva, Rüxsarə Novruzova və Gülnarə İsgəndərova Azərbaycan Metrologiya İnstitutu tərəfindən təşkil edilmiş “Qeyri-müəyyənliyin nəzəri əsasları və beynəlxalq standartlar” və “Laboratoriyalarda qeyri-müəyyənliyin tətbiqi və nümunələr üzərində praktiki təhlili” təlimində iştiraka görə təltif olunublar. Həmçinin, 11 əməkdaş -  Səkinə Abbasova, Maya Kərimova, Ülkər Məmmədova, Leyla Əhmədova, Şəfəq Səmədova,Sevinc Məcidova, Zümrüd Murtazaliyeva, Sitarə Süleymanova, Rüxsarə Novruzova, Günay Həsənova, Ülkər Musəvi isə Keyfiyyət Assosiasiyası İctimai Birliyi tərəfindən təşkil edilmiş “Keyfiyyətə nəzarət prosesi” təlimində iştirak etdikləri üçün müvəffəqiyyət sertifikatına layiq görülüblər.


Paylaş