×

Xəbərlər

Xəbərlər 11 Jul 2025
Ali təhsil müəssisələrinin rəhbərləri ilə yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub

Yaradıcı Mərkəzdə mədəni və yaradıcı sahələr üzrə təhsilin inkişafına həsr olunmuş görüş keçirilib. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov iştirak edib.

Görüşün əsas məqsədi yaradıcı sahələr üzrə təhsilin inkişafını sürətləndirmək, universitetlərlə əməkdaşlıq platforması formalaşdırmaq və tələbələrin praktik bacarıqlarının artırılması üçün Yaradıcı Mərkəzin imkanlarını müzakirə etmək olub.

Görüş zamanı kadr hazırlığı, yeni ixtisasların yaradılması və təhsil-sənaye əməkdaşlığının möhkəmləndirilməsi mövzularında da fikir mübadiləsi aparılıb. Tərəflər yaradıcı iqtisadiyyatın inkişafı üçün elm, təhsil və sənaye qurumları arasında sıx tərəfdaşlığın vacibliyini vurğulayıblar.

Qeyd edək ki, ADNSU bu gün sənaye müəssisələri ilə birgə innovativ layihələrin hazırlanması və müasir istehsalat proseslərinə inteqrasiya imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Universitetin dövlət və özəl müəssisələrlə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Hazırda ADNSU 700-ə yaxın dövlət və özəl müəssisə ilə rəsmi əməkdaşlıq edir. Universitet sənaye tərəfdaşları ilə əlaqələri daha da gücləndirməyi, tələbələrin təcrübə imkanlarını genişləndirməyi, onların ixtisas bacarıqlarını artırmağı və ölkə sənayesinə peşəkar kadrlar qazandırmağı əsas hədəf kimi qarşıya qoyub.


Paylaş