×

Xəbərlər

Xəbərlər 14 Jul 2025
UFAZ məzunu dünyanın ən böyük hissəcik fizikası laboratoriyası CERN-də təcrübə keçir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə 2025-ci il məzunu Fuad İldarov İsveçrənin nüfuzlu CERN Yay Tələbə Proqramı 2025 çərçivəsində təcrübəçi geoloq kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Fuad İldarov 10 minə yaxın müraciətçi arasından seçilərək proqramda iştirak hüququ qazanan 140 tələbədən biri olub. O, 2 aylıq yay təcrübəsi müddətində Cenevrədə yerləşən və dünyanın ən böyük hissəcik fizikası laboratoriyası sayılan CERN-də Gələcək Dairəvi Toqquşdurucu (FCC) layihəsi üzərində çalışacaq.

 


Paylaş