×

Xəbərlər

Xəbərlər 15 Jul 2025
UFAZ tələbələrinin Strasburq Universitetində Yay məktəbi başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 40 tələbəsi iki həftə ərzində Strasburq Universitetində təşkil olunan Yay məktəbində iştirak ediblər. Bu müddət ərzində onlar universitetin müasir kampusunda tədrisn keçib, dil biliklərini möhkəmləndirib, elmi laboratoriyalara baş çəkib və eyni zamanda Fransa tarixi və mədəni irsi ilə tanış olublar.

Tələbələr yay məktəbi çərçivəsində professorların rəhbərliyi ilə dərs layihələri üzərində işləyib, müxtəlif mövzularda posterlər hazırlayıblar. Mədəni biliklərini daha da zənginləşdirmək məqsədilə onlar İsveçrə, Lüksemburq və Almaniya kimi qonşu Avropa ölkələrinə də səfərlər ediblər. Yay məktəbi müddətində tələbələrin Avropa Parlamentinə baş çəkmələri də proqramın diqqətəlayiq məqamlarından olub.

Strasburq Universitetində qazandıqları bu tədris təcrübəsinin tələbələrimizə həm bilik, həm də dünyagörüşü baxımından əhəmiyyətli töhfələr verdiyinə inanırıq.



 


Paylaş