×

Xəbərlər

Xəbərlər 24 Jul 2025
UFAZ tələbələri “Azercell”in “DataMinds Bootcamp”ında iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri “Azercell”in “DataMinds Bootcamp” proqramında iştirak edirlər.

Bu il “Azercell”in “DataMinds Bootcamp” proqramına 28-i UFAZ tələbəsi olmaqla ümumilikdə 465 nəfər müraciət edib. İngilis dili bilikləri, məntiqi və analitik bacarıqlar, verilənlər bazası və SQL-in əsasları, data elmi və “Python” üzrə ilkin qiymətləndirmədən sonra 5 UFAZ tələbəsi proqramda iştirak hüququ qazanıb.

Proqrama seçilənlər arasında “Data elmi və süni intellekt” ixtisası üzrə magistratura tələbələri Anar Əhmədov və Nurlan Abdullazadə, “Kompüter elmləri” ixtisası üzrə bakalavr tələbələri Əli Qasımov və Bayram Əliyev, eyni zamanda “Kompüter elmləri” ixtisası üzrə 2025-ci il məzunu Fətulla Bəşirov yer alır.

Qeyd edək ki, iyulun 21-dən start götürən proqram sentyabrın 5-dək davam edəcək və tələbələr üçün biliklərini dərinləşdirmək, həmçinin praktiki təcrübə qazanmaq imkanı yaradacaq.


Paylaş