×

Xəbərlər

Xəbərlər 28 Jul 2025
UFAZ-ın məzunu “Goldschmidt Konfransı 2025”də iştirak edib

2025-ci il, iyulun 6-dan 11-dək Praqada Yer və planet sistemlərindəki kimyəvi proseslərin öyrənilməsinə həsr olunmuş “Goldschmidt Konfransı 2025” baş tutub. Konfrans sahə üzrə ən son nailiyyətlərin paylaşılmasını hədəfləyın tədbir dünyanın dörd bir yanından aparıcı alim, tədqiqatçı və tələbələri bir araya gətirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Tahminə Allahverdiyeva da tədbirdə iştirak edərək “NanoAggreg” layihəsi çərçivəsində hazırladığı ilk doktorantura posterini təqdim edib. O, konfransda həmçinin öz tədqiqat nəticələrini paylaşıb və sahə mütəxəssisləri ilə dərin müzakirələr aparıb. 


Paylaş