Avqustun 1-dən Dövlət İmtahan Mərkəzində (DİM) təşkil olunan ali təhsil müəssisələrinin sərgisi başa çatıb. Üç gün davam edən sərgi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları ziyarətçilərə universitetdə tədris prosesi, ixtisaslar, təhsil və karyera imkanları, beynəlxalq əlaqələr, ikili diplom proqramları, maddi-texniki baza və təqaüd proqramları barədə ətraflı məlumat veriblər, işçtirakçıları mraqlandıran suallar cavablandırılıb. ADNSU-nun təqdim etdiyi təhsil imkanları ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Sərginin üçüncü günündə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ADNSU-nun stendini ziyarət edərək burada təqdim olunan ixtisaslar, təhsil və karyera imkanları ilə maraqlanıb.
Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin, eləcə də müxtəlif qurumların stendləri nümayiş olunub.
Sərginin keçirilməsində əsas məqsəd abituriyentləri ixtisas seçimi mərhələsindən əvvəl ali təhsil müəssisələrinin mövcud imkanları ilə yaxından tanış etmək və onların düzgün seçim etməsinə dəstək göstərmək olub.