×

Xəbərlər

Xəbərlər 04 Aug 2025
Bu il UFAZ-a qəbul olunan tələbələrin 39 faizi qızlardır

2025-2026 tədris ili üçün iyul ayının 29-da keçirilən qəbul imtahanında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 190 nəfər tələbə adını qazanmışdır. Onlardan 39 %-i (75 nəfər) qız və 61 %-i (115 nəfər) oğlan tələbələrdir. Son illərdə UFAZ-a qəbul olunmuş qız tələblərin sayında müsbət dinamika müşahidə olunmaqdadır. Bu tendensiya universitetdə tədris edilən bütün ixtisaslar üzr ə özünü büruzə verməkdədir.

 

Qəbul olunmuş tələbələrin maksimum DİM balı 681, minimum balı 453, orta bal isə 586 olmuşdur. Bu il daxili imtahanlarda 100 ballıq şkala ilə ən yüksək bal 81, ən aşağı bal isə 43 olmuşdur. Ən yüksək nəticə göstərmiş tələbə UFAZ-ın kimya mühəndisliyi ixtisasına qəbul olunmuşdur. 

 

Qəbul olunmuş tələbələr yerlərini təsdiq etdikdən sonra yekun nəticə elan olunacaqdır.

 


Paylaş