×

Xəbərlər

Xəbərlər 05 Aug 2025
ADNSU doktorantının məqaləsi 4.0 impakt faktorlu beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universitetinin (UNISTRA) birgə doktorantı, həmçinin ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Bəylər Zərbalıyev daha bir elmi uğura imza atıb. Kimya ixtisası üzrə təhsil alan doktorantın tədqiqat nəticələri nüfuzlu MDPI Catalysts (Impact Factor: 4.0; CiteScore: 7.6) beynəlxalq elmi jurnalında dərc olunub.

Bəylər Zərbalıyevin müəllifi olduğu məqalə aşağıdakı linkdə ictimaiyyətə açıq şəkildə təqdim olunub:
 https://www.mdpi.com/2073-4344/15/8/734

Qeyd edək ki, hazırda doktorantura proqramının sonuncu ilində təhsil alan Bəylər Zərbalıyev tədqiqat fəaliyyətini Strasburqda davam etdirir və beynəlxalq səviyyəli startap layihələri üzrə də aktiv fəaliyyət göstərir. Strasburqdakı müasir laboratoriyalarda apardığı araşdırmalar sayəsində Bəylər Zərbalıyev bir sıra analitik cihazlardan (XRD, BET, XPS, SEM-EDX və s.) istifadə etməklə elmi fəaliyyətini genişləndirməkdədir.


Paylaş