×

Xəbərlər

Xəbərlər 13 Aug 2025
ADNSU-da magistratura səviyyəsində boş qalan plan yerlərinə qəbul başlayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün magistratura səviyyəsində boş qalan plan yerlərinə qəbul prosesi başlayıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, avqustun 13-dən 18-dək namizədlər ixtisaslaşma seçimi edə biləcəklər. Bu seçim ali təhsil müəssisələrinin magistratura səviyyəsində boş qalan plan yerlərinə qəbul olunmaq istəyən abituriyentlər üçün nəzərdə tutulub.

ADNSU-da magistratura səviyyəsində 25 ixtisas və 47 ixtisaslaşma üzrə boş qalan plan yerlərinə qəbul həyata keçirilir. Namizədlərə həm ödənişli, həm də dövlət sifarişi əsasında təhsil almaq imkanı yaradılıb.

Qeyd edək ki, bu mərhələ namizədlər üçün əlavə şansdır və ixtisas seçimi zamanı abituriyentlərə öz akademik maraqlarına, gələcək peşə planlarına və əmək bazarının tələblərinə uyğun seçim etmələri tövsiyyə olunur.


Paylaş