×

Xəbərlər

Xəbərlər 25 Aug 2025
Yeni tədris ilində UFAZ-ın bakalavr ixtisaslarında bütün yerlər dolub

2025-2026-cı tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) böyük maraq nümayiş olunub. Qeydiyyat mərhələsində 627 abituriyent UFAZ-da təhsil almaq üçün müraciət edib və onlardan 553 nəfər universitetin daxili imtahanında iştirak etmək hüququ qazanıb.

İlkin qəbul almış 190 nəfərdən 148-i seçdikləri ixtisas üzrə yerləşdirilib, 42 nəfər isə ehtiyat siyahısından seçilərək müvafiq tələblərə uyğun olaraq boş qalan yerlərə qəbul olunub.

Qəbul prosesinin sonunda yerlərini təsdiqləmiş 190 namizəd bütün tələb olunan sənədləri UFAZ-a təqdim edib. Yekunda bu abituriyentlərin hər biri dövlət sifarişi əsasında tələbə adını qazanıb.

Yeni tədris ilində Azərbaycan-Fransız Universitetində (UFAZ) beş ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. “Kompüter elmləri” ixtisasına 60, “Kimya mühəndisliyi”nə 40, “Neft və qaz mühəndisliyi”nə 30, “Geologiya və geofizika mühəndisliyi”nə 30 və “Kimya” ixtisasına 30 tələbə qəbul olunub.

Builki imtahanda ən yüksək nəticəni 100 baldan 81-ni toplayaraq “Kimya mühəndisliyi” ixtisasına qəbul olunan Dərya Hüseynova göstərib.

UFAZ-a qəbul olunmuş qızların sayı ümumi tələbələrin 35.26 %-ni təşkil edir. Bu göstərici “Kompüter elmləri” ixtisasında 35 %, “Neft və qaz mühəndisliyi”ndə 16.67 %, “Geologiya və geofizika mühəndisliyi”ndə 30 %, “Kimya mühəndisliyi”ndə 47.50 %, “Kimya” ixtisasında isə 43.33 % təşkil edib.

 


Paylaş