×

Xəbərlər

Xəbərlər 26 Aug 2025
ADNSU-nun bakalavr səviyyəsinə qəbul olanların nəzərinə!

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə avqustun 28-də start veriləcək.

Universitetə qəbul olunmuş abituriyentlər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Xatırladaq ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 8-də saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan abituriyentlər tələbələr sırasına qəbul edilməyəcəklər. 


Paylaş